Bakıda aktyor və arvadının meyitləri tapıldı - FOTO

23 Oktyabr 2024 09:50

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Elnurla Köçərinin ölümündə müəmma: Özləri çıxmaq istəməyib? - Yeni VİDEO üzə çıxdı

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.

Milli.Az