İki piyadanı maşın vurdu, biri ölüb

23 Oktyabr 2024 09:40

Xocəsəndə avtomobil iki piyadanı vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Milli.Az