Türkiyədə müvəqqəti prezident o oldu

23 Oktyabr 2024 09:19

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının qərarı "Rəsmi qazete"də dərc olunub.

Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın BRİCS sammitində iştirakı üçün Rusiyaya səfəridir.

Qeyd edək ki, Türkiyə lideri bu gündən etibarən iki gün ərzində Rusiyada səfərdədir.

Milli.Az