"İnsanlar elə bil heyvanlarla yerlərini dəyişiblər"

24 Oktyabr 2024 02:02

"Son 5 ildə mənim heyvanlara qarşı sevgim artıb. Ona kimi o hiss yox idi məndə".

Milli.Az parol.az-a istinadən xəbər verir ki, bunu "Günə bax" verlişində müğənni Əbdül Xalid deyib.

Müğənni ikiüzlü, saxta, yalançı insanların artmasından gileylənib:

"Açığı həyatda o qədər saxta insanlarla rastlaşırsan ki,... Mən deyərəm ki, Allah artıq bu insanlardan şüuru alıb, heyvanlara verib. İndi həqiqətən də baxırsan ki, insanın o həssaslığı, o mərhəməti, yanaşması, sevgisi bu insanlarda yoxdur artıq. İnsanlar vəhşiləşib elə bil, tam elə bil heyvanlarla yerlərini dəyişiblər. Ona görə də artıq hər bir insana canlı olmasından başqa, həm də bir həssaslıq tərəfindən yanaşıram". 

Milli.Az