"Zerkalnı" nömrə satan polis saxlanıldı

23 Oktyabr 2024 09:21

Rusiyanın Krasnoyarsk polisi avtomobil qeydiyyatı ilə bağlı qanunsuz hərəkətlərə görə rüşvət almaqda şübhəli bilinir.

Milli.Az lent.az-a istinadən bildirir ki, cinayət əməlləri bu ilin mart ayından oktyabr ayına kimi baş verib. Belə ki, onlar təhlükəsizlik standartlarına cavab verməyən avtomobilləri pulla qeydiyyatdan keçiriblər. Bundan əlavə, "zerkalnı" nömrələr də satıblar.

Bu kimi cinayət əməlləri qarşılığında şübhəlilər ümumilikdə ən azı 150 min rubl (təxminən 2640 manat) alıblar. İstintaq Komitəsindən bildirilib ki, iş üzrə dörd təqsirləndirilən şəxs saxlanılıb.

Hadisə ilə bağlı xeyli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Hazırda araşdırma aparılır.

Milli.Az