Kafedə dəhşət: Gənc oğlanı...

23 Oktyabr 2024 09:50

Bakının Qaradağ rayonunda kafedə dava düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kazımov Nihat Rəşad oğlu iaşə obyektində dava zamanı boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az