Bayden məhkəməyə verildi

23 Oktyabr 2024 09:27

Texas ştatının baş prokuroru Ken Pakston ABŞ prezidenti Co Bayden administrasiyasını ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab vermədiyinə görə məhkəməyə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat verir.

Agentliyin qeyd etdiyi kimi, ABŞ-da seçkilərdə vətəndaşlığı olmayan şəxslərin iştirakı qanunsuzdur və rəsmi yoxlamalar belə halların az olduğunu müəyyən edib.

Respublikaçı namizəd Donald Tramp iddia edir ki, qarşıdan gələn seçkilərdə Amerika vətəndaşlığı olmayan daha çox insan Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verə bilər.

Milli.Az