ÇL: "Milan" qələbə qazandı, "Real"dan fantastik qələbə

23 Oktyabr 2024 09:06

Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ilk oyun günündə 9 matç baş tutub.

Turun mərkəzi qarşılaşması Madriddə baş tutub. Turnirin son finalçıları üz-üzə gəliblər. Qalib "Real" hazırkı lider "Borussiya"nı sınağa çəkib. Qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollansalar da, ikinci hissədə ssenari dəyişib. Karlo Ançelottinin komandası 5 qol vuraraq inamlı qələbə qazanıb.

İlk iki turda xal itirməyən "Yuventus" büdrəsə də, "Aston Villa" uğurlu seriyanı davam etdirib.

Qeyd edək ki, tura oktyabrın 23-də yekun vurulacaq.

Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr
20:45. "Milan" - "Brügge" - 3:1
20:45. "Monako" - "Srvena Zvezda" - 5:1
23:00. "Arsenal" - "Şaxtyor" - 1:0
23:00. "Aston Villa" - "Bolonya" - 2:0
23:00. "Jirona" - "Slovan" - 2:0
23:00. "Yuventus" - "Ştutqart" - 0:1
23:00. PSJ - PSV - 1:1
23:00. "Real" - "Borussiya" D - 5:2
23:00. "Şturm" - "Sportinq" - 0:2

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun