Yağan yağış Bakıda bu ali təhsil ocaqlarına ziyan vurdu - vedrələr köməyə çatdı - VİDEO

22 Oktyabr 2024 22:38

Bakıda yağışın fəsadları ali təhsil müəssisələrindən də yan keçməyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Rəssamlıq Akakdemiyasının mətbuat katibi bildirib ki, bina sonuncu dəfə 2012-ci ildə təmir edilib.

Pedaqoji universitetdə də vəziyyət ürəkaçan olmayıb. Dərs zamanı auditoriyaya su damıb.

Universitetdən "Xəzər Xəbər"ə bildirilib ki, hadisə 3-cü korpusun binasında baş verib. Hazırda təmir işləri aparılır.

Bundan başqa Xəzər Universitetinin yeməkxanasını da suyun basdığına dair görüntülər yayılıb.

Universitetin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı tədbir görülür. Kanalizasiya boruları dolub, su oradan içəri keçib. Yeməkxananın içində təxminən 20 sm hündürlüyündə su olub.

Lakin,  korpusun başqa yerlərində heç bir problem yoxdur. Hazırda universitetdə tədris prosesinin davam etdirildiyi bildirilib.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun