Baydendən Paşinyana çağırış - "Sülh müqaviləsi üzərində işi bu il başa çatdırın!"

22 Oktyabr 2024 22:02

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.

Bayden deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.

"Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə ardıcıl olaraq sülh yolunu seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram", - məktubda deyilir.

Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.

O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun