Azərbaycan XİN fransalı nazirə cavab verdi

22 Oktyabr 2024 21:56

Azərbaycan XİN Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun səsləndirdiyi fikirlərə cavab verib.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz X hesabında paylaşım edib.

O, fransalı nazirin sözügedən videosunu etiketləyərək, fransız dilində "Cənab nazir, beynəlxalq hüquq və ədalətin tərəfində olduğumuzu təsdiq etmək üçün beynəlxalq hüquqa və ədalətə hörmət etməli və ona uyğun hərəkət etməliyik!" şərhini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun