Psixoloq Vasif Məhərrəmlinin 100 manatını necə alıb? - Özü AÇIQLADI

22 Oktyabr 2024 22:00

Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunun bahalığından gileylənib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni iştirakçısı olduğu proqramda psixoloqun heç bir yardım etmədən pul tələb etdiyini söyləyib.

"Bir dəfə klinikalardan birində müayinəyə getdim. Sonda məsləhət gördülər ki, psixoloq yanına gedim. Girdim, bir kişi idi. Salam verdi, dedim salam. Soruşdu "necəsən?", cavab verdim ki, yaxşı. Deyir, "Hər şey qaydasındadır?", dedim hə. Çıxdım, çek göstərdilər ki, psixoloq müayinəsi 100 manatdır. Dedim, axı o məndən ancaq hal-əhval tutdu", - müğənni bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun