“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağırır

22 Oktyabr 2024 20:43

"Honda Motor" ABŞ-dən 720,8 min avtomobili yanacaq nasosunda yaranan problemlə əlaqədar geri çağırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.

Qeyd olunub ki, yanğın və qəza riski səbəbindən 2023-cü ilə aid modellər, o cümlədən "Accord", "Civic" və "CR-V Hybrid" markalı modellər geri çağırılacaq.

NHTSA-nın ehtimalına görə, yanacaq nasosunda çat əmələ gələ bilər ki, bu da yanacağın sızması və yanğın təhlükəsinin yaranması ilə nəticələnə bilər.

Milli.Az