"Həmin vaxt ATV-də Nazpəri Dostəliyevadan heç bir xəbər yayımlamırdıq" - VİDEO

22 Oktyabr 2024 20:22

Jurnalist Əfruzə Ağayeva mərhum Xalq artisti İlhamə Quliyevanın münasibətinin korlandığı sənət adamlarına qoyduğu qadağalardan danışıb.

Milli.Az shownews-a istinadən xəbər verir ki, o, həmin illərdə ATV-də çalışıb və onlara Nazpəri Dostəliyeva haqda xəbər verməmək tapşırılıb.

Jurnalist həmçinin İlhamə Quliyevanın bəzən nəyinsə xətrinə kimlərəsə dəstək olduğunu da açıqlayıb.

Milli.Az