Mahir Emreli "Roma" ilə görüşdən sonra Nainqqolanla mübahisəsindən danışıb
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Nürnberq"in futbolçusu Mahir Emreli klubun televiziyasında "sual/cavab" proqramının qonağı olub.
Azərbaycan millisinin forvardı "Qarabağ"da oynayan zaman "Roma"ya qarşı keçirilən matçda (1:2) rəqib yarımmüdafiəçi Raya Nainqqolanla mübahisəsindən söz açıb:
"Onunla mübahisəmiz oldu. Həmin vaxt məşqçimiz (Qurban Qurbanov - red.) mənə dedi ki, onunla sakit danış. Nainqqolanın qiyməti 60 milyon avrodur, o bizim komandamızdan bahadır. Çünki oynadığım komandanın ("Qarabağ" - red.) qiyməti 20 milyon idi".
Milli.Az