Türkiyəli basketbolçu ABŞ klubunda - 185 milyon dollar qazanacaq

22 Oktyabr 2024 18:22

ABŞ klubu "Hyuston Rokets"in 22 yaşlı türkiyəli basketbolçusu Alperen Şengün klubla 185 milyon dollarlıq müqavilə imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Türkiyə idmançılarının imzaladığı ən yüksəködənişli müqavilədir.

Beşillik sözləşməyə imza atan basketbolçunun son ilində bu klubda qalıb-qalmayacağına özü qərar verəcək.

Milli.Az