Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

22 Oktyabr 2024 17:43

"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 1 yanvar 2025-ci ilə kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2024-cü il oktyabrın 1-dək nəzərdə tutulmuşdu.

Milli.Az