AYNA: "Babək prospektində "geriyə dönmə" yerləri standartlara uyğun qurulmayıb"

22 Oktyabr 2024 16:57

Bakının Babək prospektində "geriyə dönmə" yerləri standartlara uyğun qurulmayıb.

Milli.Az bildirir ki, bunu APA-nın sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

"Həmin "geriyə dönmə" yerləri vaxtilə bu cür layihələndirilib və qurulub. Babək prospektindəki problemləri nisbətən aradan qaldırmaq üçün son iki-üç ildə üç yeni yol kəsişməsi yaratmışıq", - deyə T.Səfərov əlavə edib.

Milli.Az