Bakıda tuneldə batan ikinci şəxsin adı bilindi

22 Oktyabr 2024 16:24

Xəbər verdiyimiz kimi, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Milli.Az