Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər - Bu ölkədə

22 Oktyabr 2024 15:58

Oktyabrın 21-də Güney Azərbaycanın Zəncan, Urmiya, Ərdəbil və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Azad İçilər Birliyi məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq, problemləri həll olunmamış qalıb.

Milli.Az