Bakıda bu ərazilərdə binaların söküntüsünə başlanılır

22 Oktyabr 2024 14:17

Bakının Xətai rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinə başlanılır.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Layihəyə əsasən, rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparılacaq.

Milli.Az