Neft zavodundakı yanğında xəsarət alan olmayıb - RƏSMİ

22 Oktyabr 2024 13:54

Yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb.

"SOCAR Downstream Management" MMC-dən Milli.Az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məlumatda deyilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Əlavə məlumat təqdim olunacaq.

Milli.Az