Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı - VİDEO

22 Oktyabr 2024 13:48

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah Gülən təbii səbəblərdən ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun həkimi, ABŞ-də Müqəddəs Luka Universitetinin Tibb Mərkəzinin həkimi Doktor Duqlas Deqler özünün sosial şəbəkə hesabından xəbər verib.

O, FETÖ rəhbərinin mərkəzin Monro Kampusunda vəfat etdiyini əlavə edib.

"F.Gülən burada stasionar xəstə olaraq multidissiplinar bir komanda tərəfindən müalicə olunurdu", - deyə həkim bildirib.

Qeyd edək ki, FETÖ-nün mətbuat orqanları onun 4 gün xəstəxanada yatdığını vurğulayıblar.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.

Milli.Az