İsrail İrana casusluqda ittiham olunan daha 7 vətəndaşını həbs edib

22 Oktyabr 2024 12:10

İsrail polis avtomobillərinə zərər vermək, onları yandırmaq, qrafiti yazmaq, qumbara və digər hərbi sursat almaq ittihamı ilə 7 nəfəri həbs edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsrail polisi şərqi Qüdsün yeddi sakinini İranın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.

Bildirilib ki, yeddi nəfər Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclərdir.

Bu həbslər ötən gün səhərki həbslərə əlavədir.

Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi.

Milli.Az