"Microsoft" tərəfindən nəşr olunan Rəqəmsal Müdafiə Hesabatı 2024-də kiberhücumların artdığını bildirir.
Milli.Az xəbər verir ki, hesabata görə, şifr hücumları saniyədə 7 minə çatıb. Bu vəziyyət veb təhlükəsizliyinin nə qədər zəif olduğunu göstərir.
Ən diqqət çəkən məqamlarından biri də dövlət tərəfindən dəstəklənən kiberhücumların artmasıdır. "Microsoft" qeyd edir ki, bir çox ölkələr məlumatları oğurlamaq, ziyan vurmaq və "ransomware" yaymaq üçün hakerlərdən istifadə edirlər.
Bu hakerlər yaxşı maliyyələşdikləri və qabaqcıl alətlərə sahib olduqları üçün ciddi təhlükə yaradırlar.
Süni intellekt kibercinayətkarlıq üçün yeni alətə çevrilir. Hakerlər süni intellektdən istifadə edərək insanları aldatmaq üçün şəkillər, videolar və mətn kimi saxta məzmunlar hazırlaya bilərlər. Bu, kiberhücumların daha mürəkkəb və təsirli olmasına səbəb olur.
"Microsoft"un müştəri təhlükəsizliyi və təhlükəsizlik komandasının rəhbəri Tim Burt qeyd edir ki, dövlət tərəfindən dəstəklənən hakerlər getdikcə bacarıqlı olur və onların qarşısını almaq daha çətindir.
T.Burt kibercinayətlərdə süni intellektdən istifadənin təhlükəsinə işarə edərək, bu vəziyyətin şirkətlər və fərdlər üçün böyük risk yaratdığını vurğulayır.
Qeyd edək ki, "Microsoft" hər gün 600 milyondan çox kiberhücumun qarşısını aldığını açıqlayıb. 2022-ci ildən bəri fırıldaqçılıq halları 400%, "ransomware" hücumları isə demək olar ki, üç dəfə artıb.
İlqar Şabanov
Milli.Az