Bakıda divar aşdı, maşınlar əzildi - FOTOlar

22 Oktyabr 2024 11:20

Bölgələrdə və paytaxt ərazisində yağan aramsız yağışların fəsadları davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında küçələrdən birinin istinad divarı dağılıb. İstinad divari həmin ərazidə dayanacağın üzərinə aşıb.

Dağıntı nəticəsində bəzi avtomobillərə də ziyan dəyib.

Milli.Az