Fitnes zalının sahibinin bıçaqlandığı davaya görə 5 nəfər tutuldu

22 Oktyabr 2024 10:39

Bakıda gecə klubunda baş vermiş hadisəyə görə 5 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla, 5 nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xatırladaq ki, hadisə Ağ Şəhərdə yerləşən "Pubar" gecə klubunda baş verib. Bıçaqlanan şəxslərdən F.İsmayılov Bakı şəhər Nərimanov rayonunda yerləşən fitness klublardan birinin sahibidir.

Milli.Az