Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər kəndirlə xilas edildi - VİDEO

22 Oktyabr 2024 10:06

Bakıda Suraxanı rayonu ərazisindəki tuneldə sərnişin avtobusu suyun içində batıb qalıb.

Milli.Az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, nəqliyyat vasitəsi suyun içində qalarkən avtobusda sərnişinlər də olub.

Bildirilir ki, suyun içində avtobusda qalan sərnişinlər kəndirlə xilas edilib.

Aramsız yağan yağışlar zamanı Bahar qəsəbəsindəki tuneldə acınacaqlı vəziyyət yaranıb.

Milli.Az