Bakıda yağış sularında iki nəfər batıb - FHN-dən AÇIQLAMA - VİDEO

22 Oktyabr 2024 09:46

Sosial şəbəkələrdə tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmaqdadır.

Milli.Az məlumatı dəqiqləşdirmək üçün FHN-in mətbuat xidmətinə müraciət ünvanlayıb.

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda tuneldə batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB - VİDEO

Milli.Az