Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərdən də təsirsiz ötüşməyib.
Milli.Az xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partların üstünə tökülüb.
Baku.ws-ə istinadən sözügedən görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun