HƏMAS yeni liderinin adını açıqlamayacaq

22 Oktyabr 2024 08:59

HƏMAS hərəkatı gələcək liderinin adını açıqlamaq niyyətində deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BBC hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS təhlükəsizlik baxımından çox güman ki, yeni liderinin kimliyini ictimaiyyətə açıqlamayacaq. Gələn ilin martında baş tutacaq başçı seçkisinə qədər hərəkata 5 nəfərdən ibarət komitə rəhbərlik edəcək.

Xatırladaq ki, 61 yaşlı HƏMAS lideri Yəhya Sinvar İsrail Müdafiə ordusunun həyata keçirdiyi əməliyyat zamanı öldürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun