"WhatsApp"da YENİ FUNKSİYA

22 Oktyabr 2024 08:37

Məşhur "WhatsApp" mesencerində zənglərin təşkili ilə bağlı yeni funksiya təqdim edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" (WBI) məlumat yayıb.

24.21.10.79 nömrəli "iOS" üçün "WhatsApp"ın beta versiyasını yükləyib quraşdırmaqla istifadəçilər mesaj daxiletmə hissəsinin yanındakı xüsusi bölmədə zəng linkləri yarada biləcəklər. Bu, istifadəçiləri həm audio, həm də video zənglərə dəvət etməyə imkan verəcək. Yaradılmış linklər cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.

Qeyd olunur ki, bir çox "WhatsApp" istifadəçisi proqramda zənglərə link yaratmaq imkanından xəbərsizdir. Yenilik bu funksiyanı istifadəçilər üçün daha çox görünən edəcək. Bildirilir ki, bu funksiya "iOS" əməliyyat sistemi əsasında işləyən qurğular üçün tətbiqin beta versiyalarında əlçatan olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun