Prezident olsaydım, İsrail hücum etməyəcəkdi - Tramp

22 Oktyabr 2024 08:22

Əgər prezident olsaydım, Qəzza sektorunda HƏMAS və İsrail arasında münaqişə baş verməyəcəkdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"Baş verənlərin qarşısını ala bilərdim. Bu müharibə, insan ölümü, dağıntılar və 7 oktyabr hadisələri də yaşanmazdı", - Tramp bildirib.

O, həmçinin Yəhya Sinvar və Həsən Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə münaqişəni bitirmək məqsədilə dolayı danışıqların başlaya biləcəyinin mümkünlüyünü qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun