DYP sürücülərə müraciət etdi

22 Oktyabr 2024 07:43

Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu "Nargilə dairəsi"adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a bildirilib ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

"Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - deyə qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun