Tünzalənin qızı anasını efirdə ağlatdı

21 Oktyabr 2024 23:31

Tünzalə Ağayeva "Qonaqcanlı" verilişində doğum gününü qeyd edib. 
 

Milli.Az olay-a istinadla xəbər verir ki, qızı Fidanın proqrama göndərdiyi məktub Xalq artistini ağladıb. 

Məktubda ifaçının övladı bu sözləri yazıb:

"Hər zaman səni müğənni oldun deyə qınayırdım. Yazırdım ki, anam mənə vaxt ayırmır. Səni necə incitdiyimi bilmirdim. Hər körpə uşağın anasını istədiyi kimi mən də səni yanımda istəyirdim".

Verilişin gedişatında Ağayevanın qızı efirə zəng edərək bu fikirləri səsləndirib:

"Yaxşı ki mənim anamsan və sənin qızın olmuşam. Hər şeyin ən gözəlini arzulayıram, buna layiqsən. Hər sözün, baxışınla məni valeh edirsən. Uzaqda olsaq da, qəlbim hər zaman səninlədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun