General-mayor işdən çıxarıldı

21 Oktyabr 2024 18:59

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəhbərliyində dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərarla akademiyanın rəisi, general-mayor Azər İbrahimov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Bir müddət əvvəl verilən qərarla sözügedən vəzifənin müvəqqəti icrası general-mayor Faiq Məmmədova tapşırılıb.

Milli.Az