"Yuventus"un rəsmi "X" hesabı oğurlanıb və orada Arda Gülərin transferi ilə bağlı paylaşım edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşımda "Yuventusa xoş gəldin, Arda Gülər" sözləri yazılıb.
Həmin paylaşımdan sonra Turin klubu rəsmi açıqlama yayıb: "Hesabımız oğurlandı. Bu hesabda paylaşılan yalan məlumatlara məhəl qoymamağınız xahiş olunur. Problemi həll etmək üçün çalışırıq".
Milli.Az