Özündən 20 yaş kiçik ərindən boşanır - FOTOlar

21 Oktyabr 2024 17:49

Bu ilin fevralında özündən 20 yaş kiçik sevgilisi ilə ailə həyatı quran "Yeşilçam"ın məşhur ulduzlarından olan Banu Alkan boşanır.

"Milli.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aylar öncə  gizlicə evləndiyini bildirən müğənni 46 yaşlı əriylə boşanır.

Qeyd edək ki, Banu Alkan ötən aylarda çıxdığı proqramda barmağındakı nikah üzüyünü göstərərək "Evləndik, toyumuz bir müddət sonra baş tutacaq. Sonra Parisə gedib, yenə toy edəcəyik" sözlərini söyləmişdi.

Cütlüyün hansı səbəbdən boşanması isə hələ məlum deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

.