Konor Makqreqor mərcdə 500 min dollar uduzdu

21 Oktyabr 2024 16:24

İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən mərc edərək böyük məbləğ itirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Konor Frensis Nqannu və Renan Ferreyra döyüşündən əvvəl ikincini dəstəklədiyini və onun qələbəsinə inandığını bildirib.

O, buna 500 min dollar mərc edib. İntuisiyası irlandiyalını yanıldıb və Nqanu rəqibini ilk raundda məğlub edib.

Bu, Konorun idman yarışlarına ilk mərci deyil. Əvvəllər o, Xorxe Masvidalla Neyt Diaz döyüşünə eyni məbləğdə mərc qoyub. Amma həmin vaxt Konor qazanmağı bacarıb.

Milli.Az