Bakıda "qaraçı"lar avtobusda OYUN ÇIXARDILAR - VİDEO

21 Oktyabr 2024 16:18

M8 nömrəli marşrutda "qaraçı" xaosu yaşanıb.

Milli.Az bildirir ki, bu barədə görüntülər BAKU.WS-in "Qaynar Xətt"inə daxil olub.

Belə ki, hadisə şahidlərinin məlumatına əsasən, 8-9 nəfər "qaraçı" avtobusa daxil olaraq ödəniş etmədən içəri keçiblər. Düşəcəkləri zaman isə sürücü qapını açmayaraq ödəniş tələb edib.

Məhz bundan sonra həmin şəxslər səs-küy salaraq təhqirlərə keçiblər. Hətta onlardan biri oturacağa çıxaraq bağırmağa başlayıb.

Sürücü sonda qapını açaraq onların düşməsini təmin edib. Hadisə şahidi bildirib ki, əks halda həmin şəxslər avtobusa ziyan vura və şüşələri belə sındıra bilərdilər.

Milli.Az