Mehriban Rəsulovaya yüksək vəzifə verildi - FOTO

21 Oktyabr 2024 15:27

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin yeni müşaviri təyin olunub.

Milli.Az xəbər verir ki, bu vəzifəyə Mehriban Mehman qızı Rəsulova gətirilib.

Bu təyinatla DMA İdarə Heyətinin müşavirlərinin sayı yeddiyə çatıb.

Qeyd edək ki, cari ilin əvvəlində DMA-ya təyinat alan M.Rəsulova, Peşə hazırlığı departamentinin direktoru vəzifəsində çalışırdı. O, bundan əvvəl Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb və Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun