Pakistanda isti hava 8 can aldı
27 May 2010 11:23
Sind əyalətini təsiri altına alan isti hava üzündən yüzlərlə sakin tibbi yardıma müraciət edib. Pakistan Meteorologiya Xidmətinin açıqlamasına görə, isti hava daha çox ölkənin cənubunda müşahidə edilir. Sind əyalətində havanın temperaturu 50 dərəcəni ötüb. Larkana, Nababşah Hairpur kimi şəhərlərdə isə hərarət 54 dərəcəyədək artıb.
Mütəxəssislər isti hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildiriblər və vətəndaşları saat 11.00-dan 16.00-dək küçələrə çıxmamağa çağırıblar.
Milli.Az