Bakıda evdən meyiti tapılan ər və arvadla bağlı ürəksızladan fakt - 4 gün əvvəl oğulları... - YENİLƏNİB - VİDEO

21 Oktyabr 2024 21:48

21:48

Bakının Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində dəhşətli hadisə baş verib.

Belə ki, həmin ünvanda ər və arvadın meyitləri tapılıb. Onların dəm qazından boğulub öldüyü ehtimal edilir.

Qonşuların sözlərinə görə, cütlük hamam otağında su qızdırıcısını qəsdən açıq qoyub.

Qeyd edək ki, dörd gün öncə ailənin yeganə övladı vəfat edib. Onların övlad itkisinə dözməyərək bu addımı atdığı iddia olunur.

Ətraflı APA TV-nin süjetində:

-------------
16:34


Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

-------

14:10

Bakıda faciəli hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən evlərdən birində İlqar Mehdiyevin və həyat yoldaşı Failanın meyitləri tapılıb.

İlkin məlumata görə onlar dəm qazından boğulublar. 

Araşdırma aparılır. 

Milli.Az