Bakıda poçta gələn qəsəbə sakini öldü

21 Oktyabr 2024 14:05

Bakıda poçtda ölüm hadisəsi baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən poçt şöbəsində qeydə alınıb. 

Poçta gələn qəsəbə sakini, 1960-cı il təvəllüdlü Kazım Nadirov qəflətən ölüb. Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az