Fətullah Gülən həqiqətən ölüb? - Hakan Fidandan açıqlama

21 Oktyabr 2024 13:35

Bu gün səhər saatlarında FETÖ lideri Fətullah Gülənin ölüm xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, yaxın qohumları da onun ölümünü təsdiqləyib. Bununla belə onun ölümünə dair şübhələr qalmaqdadır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan FETÖ liderinin ölümü ilə bağlı açıqlama verərək bildirib ki, onun ölümünə dair xəbərlər həqiqəti əks etdirir.

"Kəşfiyyat xarakterli məlumatlarımız onun ölümünü təsdiqləyir. Lakin, Fətullah Gülənin ölümü bizim bu terror təşkilatı ilə mübarizəmizin dayanması demək deyil. Dövlətimiz FETÖ ilə mübarizəni davam etdirəcək", - Hakan Fidan söyləyib.

İslam
Milli.Az