Aygünlə Namiq toyu konsertə çevirdi - VİDEO

21 Oktyabr 2024 22:00

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yeni görüntüləri ilə diqqət çəkiblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, toylardan birində çıxış edən sənətçilər izdihama səbəb olublar.

Belə ki, onlar səhnədən düşərək qonaqlarla birlikdə sevilən duetlərini səsləndiriblər. Toyda iştirak edənlər sənətçilərin ətrafında dövrə yaradaraq, rəqs edib, əyləniblər.

Aygünlə Namiq toyu sözün əsl mənasında konsert zalına çeviriblər.

Məclisdən lentə alınan görüntülər sosial şəbəklərdə yayılaraq müsbət reaksiyaya səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun