Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü

21 Oktyabr 2024 13:08

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun