Bu şəxslərə hər gün 1 milyon dollar veriləcək - FOTO

21 Oktyabr 2024 10:36

Amerikalı milyarder İlon Maskın açıqlaması gündəm olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsinin kampaniyasında iştirak edənlər arasından hər gün seçilən bir şəxsə 1 milyon dollar verəcəyini açıqlayıb.

Mask bu yolla fəaliyyət komitəsinin kampaniyasının mətbuatda böyük səs salacağına ümid etdiyini bildirib.

Nərmin Mahmudova
Milli.Az