Bakıda fantastik qiymətə günlük mənzillər: Bu evlərə maraq varmı? - VİDEO

21 Oktyabr 2024 20:57

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səbəb COP29-a çox az bir müddətin qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, rieltorlar turist ovlamaq üçün qiymətləri həddindən artıq şişirdiblər. Hətta evləri günlük dollarla kirayə verənlər də var.

Ekspert deyir ki, oteldə yer tapa bilməyən turistlər daha çox şəhərin mərkəzində olan evlərə üstünlük verirlər.

O, həmçinin bildirib ki, qiyməti bazar tənzimlədiyi üçün artıma nəzarət etmək mümkün deyil. Bu artım çox qısa bir dövrü, yəni 10-15 günü əhatə edəcək. Noyabr ayının sonlarında isə kirayə mənzil qiymətləri yenidən enəcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun