Səhiyyə Nazirliyi 260 minlik avtomobillər alır

21 Oktyabr 2024 10:08

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yeni avtomobillər alır.

Milli.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sifariş edilən avtomobillərin (Offroader / SUV, 5 qapı) sayı 6 ədəddir.

Nəqliyyat vasitələrinin istehsal ilinin 2024-cü il olması əsas şərtlərdəndir.

Nazirlik avtomobillərin 260 640 manata başa gələcəyini ehtimal edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun